Türkiyədə yerli istehsal olan şaquli buraxılış sistemi “MIDLAS” uğurla sınaqdan keçirilib.
Bizim.Media “Anadolu”ya istinadən istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir məlumat verib.
O bildirib ki, atış Türkiyə istehsalı olan “HİSAR” zenit-raket kompleksi (SAM) tərəfindən həyata keçirilib.
Dəmir qeyd edib ki, türkiyəli tərtibatçılar gəmilərdən atəş açacaq hava hücumundan müdafiə sistemlərinin əsasını qoyublar. Məlumata görə, 2023-cü ildə “MIDLAS” sistemi “İstanbul” freqatına inteqrasiya olunacaq və Türkiyə Hərbi Dəniz Qüvvələrinin istifadəsinə veriləcək.
Bizim.Media