Suriyadan Türkiyəyə keçmək istəyən 12 terrorçu saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, həmin şəxslərdən 9-nun FETÖ, 2-nin PKK/KCK, 1-nin isə İŞİD terror təşkilatının üzvü olduğu müəyyən edilib.
Bildirilib ki, terrorçular ölkə ərazisindən qeyri-qanuni yollarla Yunanıstana keçmək istəyiblər.
Bizim.Media