Hal-hazırda Xorvatiyada həbsdə olan ukraynalı siyasətçi Viktor Medvedçukun “Royal Romance” yaxtası hərraca çıxarılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazıb.
İlkin məlumata görə, dəyəri 200 milyon dollar olan yaxta Ukraynaya yardım üçün satılacaq.
Nəşrin məlumatına görə, hündürlüyü 29 metr olan gəmi 6 mərtəbədən ibarətdir və 2 liftlə təchiz olunub. Yaxtada 4 göyərtə, kinoteatr, idman zalı, üzgüçülük hovuzu, spa zonası və gözəllik salonu, eləcə də müxtəlif təyinatlı 50-yə yaxın otaq var.
Qeyd edək ki, cari ilin aprel ayının 12-si rusiyayönümlü mövqeyi ilə tanınan 67 yaşlı ukraynalı siyasətçi Viktor Medvedçuk Ukrayna Silahlı Qüvvələrinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Bizim.Media