Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə telefonda danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Rabitə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində atılan addımlar və Rusiya-Ukrayna müharibəsi müzakirə edilib.
Həmçinin tərəflər Türkiyə-Britaniya arasında ticarət və müdafiə sənayesi sahəsində müzakirələr aparıb.
Bizim.Media