“Regionda hər zaman eskalasiya təhlükəsi var”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan parlamentdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Jurnalistin müharibənin yenidən başlaması riskinin nə qədər böyük olması ilə bağlı sualına Papikyan belə cavab verib: “Genişmiqyaslı müharibə riski həmişə var”.
Ermənistanın müdafiə naziri həmçinin məlumatın məxfiliyini əsas gətirərək, Hindistandan alınan “Konkurs” tank əleyhinə raket sistemi ilə bağlı məlumatı şərh etməkdən imtina edib.
Bizim.Media