Ermənistanın baş naziri Nikol Paşiyan İrəvan şəhərində ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Filip Rikeri qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı erməni mətbuatı yayıb.
Mənbə yazır ki, tərəflər Qarabağ problemini, o cümlədən Xankəndidəki separatçılarla rəsmi Bakı arasındakı müzakirələr üçün beynəlxalq mexanizmin formalaşdırılmasını müzakirə ediblər.
Bizim.Media