Noyabrın 23-də Rusiya prezidenti Vladimir Putin Ermənistanda olarkən Qarabağdakı qondarma rejimin “rəhbəri” Arayik Arutyunyanla görüşüb.
Bizim.Media xəbər verir ki, bu iddianı “Joxovurd” qəzeti öz mənbələrinə istinadən irəli sürüb.
Nəşr görüşün İrəvanda yerləşən “Dvin” otelində baş tutduğunu yazıb.
Əldə edilən məlumata görə, görüşdə 3-cü şəxs iştirak etməyib.
Bu məlumatı aydınlaşdırmaq üçün qəzet qondarma rejimin ofisinə müraciət edib. Xankəndidən bunun şayiə olduğu deyilib:
“Arutyunyan həmin vaxt Qarabağda olub. Sizin məlumatınız doğru deyil, belə bir görüş olmayıb”.
Bizim.Media