Türkiyə bu gündən etibarən Bosfor və Çanaqqala boğazlarından keçən neft daşıyan gəmilərdən sığorta sənədi tələb edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyənin Nəqliyyat Nazirliyi yayıb.
Mənbə yazır ki, həmin gəmilər səfər və yük üçün sığortanın təmin ediləcəyinə dair sənəd təqdim etməlidirlər.
Nazirlik xəbərdarlıq edib ki, gəmilər boğazlardan sığortasız keçərsə, həmin nəqliyyatın hərəkəti dayandırılacaq. Qurum bunu su yollarına dəyə biləcək ziyanla əlaqələləndirib.
Bizim.Media