Azərbaycan Ermənistanın sülh müqaviləsi üzrə təkliflərinə cavab verib.
Bizim.Media “Sputnik Armenia”ya istinadən bildirir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Mirzoyan rəsmi İrəvanın Azərbaycanla tezliklə konsensusa nail olmağa ümid etdiyini ifadə edib.
XİN rəhbəri qeyd edib ki, beynəlxalq tərəfdaşların vasitəçilik səyləri bu prosesdə mühüm rol oynaya bilər. Belə ki, Ermənistan tərəfi Praqa razılaşmasına sadiqdir:
“İrəvan məqbul vaxt çərçivəsində iki ölkə liderlərinin görüşünü təşkil etməyə hazırdır”.
Bizim.Media