Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə müşavirə keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.
Məlumata görə, Putin Təhlükəsizlik Şurasının üzvlərinə İrəvanda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitinin yekunları ilə bağlı bəzi məsələləri müzakirə etməyi təklif edib.
Bildirilib ki, Rusiya rəhbəri həmçinin, müşavirə iştirakçılarına G20 sammitinin yekunları və Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnslə İstanbulda keçirdiyi görüşü müzakirə etməyi təklif edib.
Bizim.Media