Noyabrın 25-də Rusiya tərəfindən Ukraynanın Xerson vilayəti intensiv atəşə tutulub.
Bizim.Media xəbər verir ki, bu barədə “Ukrayna seyças” məlumat yayıb.
Bildirilib ki, atəş nəticəsində mülki insanlar yaralanıb, lakin yaralıların sayı və ölüm halları barədə hələlik rəsmi məlumat verilməyib.
Məlumata görə, Rusiya Ordusu mülki infrastruktura da atəş açıb, nəticədə yaşayış evləri və supermarket yararsız vəziyyətə düşüb.
Xerson rəsmilərinin məlumatına görə, şəhərin intensiv atəşə tutulması səbəbindən Xersonda tibb müəssisələrinin boşaldılmasına başlanılıb.
Bizim.Media