Xəbər verdiyimiz kimi, dünən İrəvan şəhərində KTMT-nin iclası keçirilib. Tədbirdə baş nazir Nikol Paşinyanın təklifilə Ermənistana qurum tərəfindən edilə biləcək hərbi dəstək müzakirə edilib.
Sonda isə KTMT-nin bəyannamə layihəsini Paşinyanın özü imzalamayıb. Həmin anlar teleoperatorun obyektinə düşüb.
Bizim.Media xəbər verir ki, bu vaxt Belarus prezidenti Aleksandr Lukaşenko da əsəbiləşərək əllərini yelləyib.
Paşinyan isə hirslə “Hamıya çox sağ olun” sözlərini ifadə edib.
Bizim.Media