Rusiya Prezidenti Vladimir Putin İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla təkbətək görüşüb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər iki ölkə arasındakı münasibətdən tutmuş regional məsələlərə dair bütün mövzuları müzakirə ediblər.
Putin və Paşinyan nəqliyyatın açılmasını və böhranlı vəziyyətin nizamlanması məsələsini də müzakirə ediblər.
“Biz sizinlə görüşəndə, hələ maşında gedəndə regional məsələləri, o cümlədən regionda nizamlanma məsələlərini müzakirə etdik, nəqliyyat arteriyalarının açılmasından danışdıq”- deyə Putin qeyd edib.
Bizim.Media