Ermənistanda keçirilmiş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitinin sonunda maraqlı məqamlar yaşanıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) bəyannaməsini imzalamaqdan imtina edib.
O, bunun səbəbini belə izah edib:
“KTMT KTŞ-nin Bəyannaməsi və Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında” layihəsi yetərincə işlənməyib. Ona görə də sənədi yarımçıq hesab edirəm. Mən bu sənədləri imzalamağa hazır deyiləm”.
Bizim.Media