İrəvanda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti iclası Ermənistan üçün heç də ürəkaçan olmayıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, sammitinin nəticələri Ermənistan üçün kifayət qədər məyusedici olub.
Buna səbəb isə sammitin yekun sənədlərində İrəvanın təklif etdiyi tələbin əksini tapmamasıdır. Belə ki, İrəvan sammit çərçivəsində KTMT-yə Azərbaycana təzyiq göstərilməsi tələbləri irəli sürüb.
İrəvanın irəli sürdüyü qeyri-müəyyən ifadələr və bəzi “uyğun olmayan məqamlar”ı Ermənistanın blokdakı tərəfdaşları sonraya buraxmaq qərarına gəliblər. Bu isə Nikol Paşinyan və Ermənistan rəsmilərini xeyli məyus edib.
Bizim.Media