İranda etirazçılara qarşı sinir sistemini zədələyən partlayıcı qaz kapsullarından istifadə edir.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalında məlumat verilib.
Etirazçılara qarşı istifadə olunan heksaxloroetan qazı çox güman ki, mərkəzi sinir sisteminin fəaliyyətini müvəqqəti pozan sinir agentidir.
Kapsullar yandırıldıqdan sonra xlorun sink metalı ilə birləşərək solğun yaşıl qaz olan xlorid əmələ gətirir.
Xlor və sink ionu ilə zəhərlənmənin ən bariz ilkin təsirləri qusma, dərinin qıcıqlanması və öskürəkdir, lakin uzun müddətdə qaraciyər xərçənginə, dəri allergiyasına və böyrək çatışmazlığına səbəb ola bilər.
Bizim.Media