Türkiyə polisi qadınlar üçün KEDES (Kadın Acil Destek İhbar Sistemi) adlı mobil proqram hazırlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya Türkiyə mətbuatında yer alıb.
Mənbə yazır ki, qadınlar təhlükə zamanı həmin proqram vasitəsilə SOS siqnalı göndərə biləcəklər.
Proqramın məişət zorakılığı qurbanlarına kömək etmək üçün yaradıldığı deyilir.
Bizim.Media