Xəbər verdiyimiz kimi, İranın milli komandasının futbolçuları Qətərdə keçirilən mundialda İngiltərə yığması ilə qarşılaşmadan öncə dövlət himninini oxumayıblar.
Bizim.Media xəbər verir ki, futbolçuların himni oxumadığı hissə efirə verilməyib. Bundan başqa, iranlı azarkeşlər himni fitə basıblar.
Bu zaman isə İran dövlət televiziyası yayımı birmüddətlik dayandırıb.
Qeyd edək ki, iranlı oyunçular bu jestlə 22 yaşlı Məhsa Əmininin çarşabını çıxardığı üçün polislər tərəfindən öldürülməsinə etiraz ediblər.
Bizim.Media