44 gün davam edən müharibə zamanı əsir və itkin düşən erməni əsgərlərin yaxınları İrəvanın Respublika meydanında etiraz edirlər.
Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri ermənilərə məxsus Telegram kanalları yayıb.
Mənbə yazır ki, etirazçılar əsgərlərin taleyi ilə bağlı suala cavab verilməsini, onların vətənə qaytarılmasını tələb edirlər və qeyd edirlər ki, hakimiyyət onları çoxdan unudub.
Hərbçilərin yaxınları Rusiya prezidenti Vladimir Putinə də müraciət ediblər. İtkin düşən çağırışçının əmisi Arsen Qukasyan jurnalistlərə bildirib ki, onlar KTMT-nin İrəvan sammiti çərçivəsində Kremlin sahibi ilə görüşmək istəyirlər.
Bizim.Media