Türkiyədə yağan güclü yağış faciə və fəsadlara yol açıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmir vilayətinin Menderes rayonunda şiddətli yağışlar sel və daşqınlara səbəb olub. İzmir valisi Yavuz Səlim Köşgerin verdiyi məlumata görə sel nəticəsində bir nəfər dünyasını dəyişib, itkin düşənlər var.
Sel faciəsi ilə bağlı bunlar ilkin məlumatdır. Hadisə ilə bağlı təfərrüatlar açıqlanacaq.
Alçina Amilqızı, Bizim.Media