İranda aksiyalar fonunda polisin də etirazçıları təqib etməsi davam edir.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə həbs olunanlar güneyli soydaşlarımız olub.
Belə ki, Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində etirazlarda 3 aktivist həbs olunub.
Ölkənin güc strukturları tərəfindən həbs olunanlar Mehdi Mollaməhəmmədi, Məhəmməd Əhmədpur və Əmirhüseyin Əlizadədir.
Qeyd edək ki, onların hansı şəraitdə saxlanıldığına dair məlumat yoxdur.
Bizim.Media