2 ildir ağciyər xərçəngindən müalicə alan aktyor Atilla Pekdemir vəfat edib.
Bizim.Media türk mətbuatına istinadən bildirir ki, türk serialların tanınmış siması Atilla Pekdemir 81 yaşında dünyasını dəyişib.
Bir müddət öncə koronavirusa yoluxub və müalicə olunaraq sağalan aktyor koronavirusun aktivləşdirdiyi ağciyər xəstəliyinə qalib gələ bilməyib.
Atilla Pekdemir İzmirdə dəfn ediləcək.
Bizim.Media