Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Azərbaycanı təbrik edib.
Bizim.Media xəbər verir ki, TBMM sədrinin “Twitter“ hesabında etdiyi paylaşımda deyilir:
“Qardaş ölkə Azərbaycanın 8 Noyabr - Zəfər Gününü təbrik edir, bu şanlı gündə vətən, azan və istiqlal uğrunda torpağa düşən vətən övladlarını rəhmətlə yad edirəm. Allaha həmd olsun ki, Can Azərbaycan Qarabağda gerçək zəfər qazandı, bu günün şanı qiyamətə qədər davam etsin”.
Bizim.Media