“Ermənilərin Qarabağda törətdiklərini unutmayacağıq” - Fahrettin Altun

Ermənilərin işğal etdiyi ərazilərdə 30 il ərzində böyük acılar yaşadılıb, bəşəriyyətə qarşı cinayətlər törədilib, tarixi, dini və mədəni irs məhv edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fahrettin Altun Ankarada keçirilən “Qarabağ Zəfəri konfransı: Azadlığa qovuşan qədim vətən” adlı tədbirdə bildirib.

O, qeyd edib ki, ermənilər Xocalıda böyük soyqırımı törədib:

“Onlar sadəcə 613 qardaş-bacımızı şəhid etmədilər, həm də orada öz insanlıqlarını itirdilər. Erməni dəstələri 30 il ərzində zülmlərini davam etdirdilər. Beynəlxalq hüquqa əməl etmədən, bəşəriyyətə qarşı cinayətlərini hamının gözü önündə törətdilər.
Ermənistanı dəstəkləyənlər buna ya göz yumdular, ya da Azərbaycana qarşı çıxdılar. Ermənilərdən bundan iştahlanaraq işğalı davam etdirdi.

Ermənistanın 2020 ildəki təxribatları həddini aşdı və Azərbaycan şanlı bir mübarizəyə başladı. Azərbaycan Ordusu bənzəri olmayan qəhrəmanlıq sərgilədi, 44 günlük müharibə zamanı torpaqlar azad edildi, Qarabağda yenidən Azərbaycan bayraqları dalğalandı, azan səsi yayıldı”.

Altun əlavə edib ki, Türkiyə Azərbaycanı haqlı mübarizəsində heç bir zaman tək buraxmayıb:

“Liderlərimiz “Bir millət, iki dövlət” şüarı ilə çiyin-çiyinə durub. Qarabağ Zəfəri Azərbaycan və Türkiyə başda olmaqla, bütün türk dünyasının dostluq və qardaşlığının nişanəsi olub”.
Onun sözlərinə görə, siyasi, hərbi sahələrdə dəstəklə yanaşı, Türkiyə informasiya müharibəsində də Azərbaycanın yanında olub.

“Bu gün görürük ki, bəzi dairələr zəfərimizə kölgə salmağa çalışırlar. Biz erməni lobbisinin təbliğatına qarşı mübarizə apararaq həqiqəti dünyaya çatdırdıq və bunun nəticəsini gördük. İnformasiya cəbhəsində mübarizəmiz hələ də davam edir. Azərbaycan və Türk milləti ermənilərin Qarabağda törətdiklərini heç bir zaman unutmayacaq”, - Altun vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Şakiranın Qətər konserti təxirə düşdü

Şakiranın Qətər konserti təxirə düşdü

Şəhid qardaşların atası vəfat etdi - Foto

Şəhid qardaşların atası vəfat etdi - Foto

Apreldə 8 gün iş OLMAYACAQ

Apreldə 8 gün iş OLMAYACAQ

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

End of content

No more pages to load

RADİO