“Xalqımız aldadılır ki, guya tezliklə kommunikasiyalar açılacaq və ...” - Tevanyan

Ətrafımızda bizim hesabımıza dramatik, tarixi və taleyüklü hadisələr baş verir. Türkiyə Qafqaz regionuna daxil olmaq və burada Rusiya ilə nüfuz bölgələrini bölmək imkanı əldə etdi. I Yekaterina, II Yekaterina, Dolqorukov, Suvorov tabutda çevrilir.

Qafqazın qapılarını Türkiyə qarşısında Nikol Paşinyan açdı. Nəticədə bu, müharibəyə səbəb oldu və ölkəmizi kapitulyasiyaya gətirib çıxardı.

Bizim.Media xəbər verir ki, bu fikirləri "Siyasi iqtisadiyyat" Mərkəzinin rəhbəri Andranik Tevanyan səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Erməni politoloq: “Paşinyan məğlubiyyətini tərifləyir”


Onun sözlərinə görə, Sünik vasitəsilə Türkiyə Türk dünyası ilə birbaşa əlaqə yaratmaq imkanı əldə edəcək:

“Bu, o deməkdir ki, Şimali Qafqaz və Orta Asiya ölkələri Turan zonaları olacaq. Hər halda, Türkiyənin belə planları var. 

İran bu gedişatdan o qədər narahatdır ki, açıq mətnlə bəyan edir ki, Ermənistanın ərazi bütövlüyü onun üçün qırmızı xətdir. Bu sözlər Türkiyəyə ünvanlanıb.

Rusiya mövcud vəziyyətlə hesablaşmaq məcburiyyətində qaldı, çünki məğlub olan Ermənistan onun tam hüquqlu müttəfiqi deyil, üstəlik Nikolun Ermənistanı da”.

Tevanyanın fikrincə, indi Rusiya təkcə Qarabağın deyil, həm də Ermənistanın təhlükəsizliyinin qarantıdır:

“Bu da bizi Qafqazın inkişafında subyektə deyil, obyektə çevirir”.

O, hesab edir ki, Türkiyə Ermənistanın hesabına Rusiyanın təsir dairəsinə daxil olmaq və İran üçün problem yaratmaq üçün tarixi şans əldə edib:

“Xalqımız aldadılır ki, guya tezliklə kommunikasiyalar açılacaq və iqtisadi həyat yaxşılaşacaq (Türkiyə bizim həyatımızı yaxşılaşdırmalıdır?). Bu, Nikolun növbəti və böyük bleflərindən biridir. Bu kommunikasiyalardan yalnız Türklər və azərbaycanlılar istifadə edəcəklər.

Nikol Paşinyanın bu hədiyyəsinə görə Türkiyədə (Azərbaycanda olduğu kimi) milli qəhrəman elan ediləcəyi istisna deyil”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Aşıq Mübariz əsəbiləşib efiri TƏRK ETDİ - VİDEO

Aşıq Mübariz əsəbiləşib efiri TƏRK ETDİ - VİDEO

Son 10 ildə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşlarının HƏCMİ – İNFOQRAFİKA

Son 10 ildə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşlarının HƏCMİ – İNFOQRAFİKA

Azərbaycan kuboku: “Şamaxı” və “Sabah” 1/4 finalda - VİDEO

Azərbaycan kuboku: “Şamaxı” və “Sabah” 1/4 finalda - VİDEO

Hərbçilərimizin də iştirak etdiyi təlim BAŞA ÇATDI

Hərbçilərimizin də iştirak etdiyi təlim BAŞA ÇATDI

Altay Göyüşov barəsində başlanılmış cinayət işi üzrə istintaq BAŞA ÇATDI

Altay Göyüşov barəsində başlanılmış cinayət işi üzrə istintaq BAŞA ÇATDI

“Şamaxı” kubokun 1/4 finalında - VİDEO

“Şamaxı” kubokun 1/4 finalında - VİDEO

Bakıda mənzillər sürətlə BAHALAŞIR

Bakıda mənzillər sürətlə BAHALAŞIR

Xankəndidə məmura bu hərəkətinə görə CƏZA VERİLDİ

Xankəndidə məmura bu hərəkətinə görə CƏZA VERİLDİ

Peskov: “Putin ABŞ-ın sülh planını rədd etməyib”

Peskov: “Putin ABŞ-ın sülh planını rədd etməyib”

Bakıda "Bolt" qəza törətdi - Yolda sıxlıq yarandı – VİDEO

Bakıda "Bolt" qəza törətdi - Yolda sıxlıq yarandı – VİDEO

Gəncədə zavodda yanğın – FOTO

Gəncədə zavodda yanğın – FOTO

Ermənistan arxivi açdı – Qarabağla bağlı əsil həqiqəti İrəvanın özü təsdiqlədi

Ermənistan arxivi açdı – Qarabağla bağlı əsil həqiqəti İrəvanın özü təsdiqlədi

Türkiyəli nazir: “Bizə Azərbaycanın qazı lazımdır”

Türkiyəli nazir: “Bizə Azərbaycanın qazı lazımdır”

Bakının “nəfəs kəsən” MƏKANLARI: “Qorxu evləri” hansı hallarda məsuliyyət daşıyır?

Bakının “nəfəs kəsən” MƏKANLARI: “Qorxu evləri” hansı hallarda məsuliyyət daşıyır?

Avropa İttifaqının casus missiyası Ermənistanı nə vaxt tərk edəcək?

Avropa İttifaqının casus missiyası Ermənistanı nə vaxt tərk edəcək?

Yağıntılı hava bu tarixədək davam edəcək - XƏBƏRDARLIQ

Yağıntılı hava bu tarixədək davam edəcək - XƏBƏRDARLIQ

Malayziya 10 il əvvəl yoxa çıxan təyyarənin axtarışlarını BƏRPA EDİR

Malayziya 10 il əvvəl yoxa çıxan təyyarənin axtarışlarını BƏRPA EDİR

Pakistanın Ermənistanda səfirliyi açılır

Pakistanın Ermənistanda səfirliyi açılır

"Lotu Quli"nin yaxın adamını öldürən şəxsin cəzasıAZALDILDI

"Lotu Quli"nin yaxın adamını öldürən şəxsin cəzasıAZALDILDI

Baş Prokurorluqdan XƏBƏRDARLIQ: Şəxsiyyət məlumatlarını tanımadığınız şəxslərə verməyin! - VİDEO

Baş Prokurorluqdan XƏBƏRDARLIQ: Şəxsiyyət məlumatlarını tanımadığınız şəxslərə verməyin! - VİDEO

Bakıda ər arvadını öldürmək istədi - DETALLAR

Bakıda ər arvadını öldürmək istədi - DETALLAR

Suriya prezidentinə qarşı sui-qəsd hazırlayırlar?

Suriya prezidentinə qarşı sui-qəsd hazırlayırlar?

Goranboyda anasını və nənəsini öldürən yeniyetməyə HÖKM OXUNDU

Goranboyda anasını və nənəsini öldürən yeniyetməyə HÖKM OXUNDU

End of content

No more pages to load

RADİO