İran və Ermənistan arasında enerji sahəsində əməkdaşlıq memorandumu imzalanıb.
Bizim.Media xəbər verir ki, İran və Ermənistan rəsmiləri enerji sektorunda iqtisadi əməkdaşlıq və iki ölkə arasında qaz və elektrik enerjisinin nəqlinin 2030-cu ilin sonuna qədər uzadılmasına dair anlaşma memorandumu imzalayıblar.
İRNA-nın verdiyi məlumata görə, sözügedən sənəd Ermənistanın baş naziri Nikol Paşinyanın Tehrana səfəri çərçivəsində İran və Ermənistan rəsmiləri tərəfindən Tehranın Sədabad Sarayında imzalanıb.
Bizim.Media