15 noyabrda Putinə sui-qəsd olacaq? – Məlumatın arxasındakı GİZLİNLƏR 

Son günlər bəzi mətbu orqanları iddia edir ki, 15-16 noyabrda G-20 Sammitinin keçiriləcəyi Bali adasında Putinə qarşı sui-qəsd törədiləcək.  Ardınca Navalnı azadlığa buraxılıb hakimiyyətə gətiriləcək və Rusiya 4-5 yerə parçalanacaq.

Məsələ ilə bağlı politoloq Cümşüd Nuriyevdən fikir aldıq. O, Bizim.Media-ya açıqlamasında belə bir sənədin ortada olduğunu söylədi:

“Havrad” sənədi ilə SSRİ dağıdıldı, “Hyuston” sənədində isə Rusiyanın 4 yerə parçalanması nəzərdə tutulub. Sənədə görə Uzaq Şərq və Sibir ABŞ-a, Uzaq Şərqin cənub hissəsi Yaponiyaya, Urala qədər Qazaxstan və Orta Asiya Türkiyəyə, Qərbi Rusiya isə Almaniyaya birləşdiriləcək.
Arxangelsk ətrafında isə kiçik bir rus dövləti yaradılacaq. Bu plandan rus kəşfiyyatının da xəbəri var. Bəlkə də son məlumatı elə rus kəşfiyyatı məqsədli şəkildə yayıb”.

Cümşüd Nuriyev onu da əlavə etdi ki, Rusiya bu planı bildiyi üçün Ukraynaya girdi və hadisələri qabaqlamaq istədi:

“ABŞ-ın kəşfiyyat sənədlərinin rusların əlinə keçməsi Vaşinqtonun da imicinə güclü zərbədir. O ki qaldı Putinə Bali adasında sui-qəsd edilməsi məsələsinə. Bu heç də inandırıcı deyil. Bu hansısa digər məqsəd üçün dövriyyəyə buraxılıb”.

Yayılan məlumatlarda qeyd olunur ki, Qərb Putinin Baliyə gəlişini əngəlləmək istəyir. Çünki, indiki məqamda əksər ölkələrin liderləri nəinki Putinlə görüşmək, onunla heç üz-üzə gəlmək belə istəmir. Məsələn, Ağ Evin sözçüsü Con Kirbi jurnalistlərin “Bayden Putinlə G20 sammiti çərçivəsində görüşə bilərmi?” sualını cavablanırarkən bildirib ki, Baydenin belə bir niyyəti yoxdur.

Bundan əvvəl "Politico" nəşri Baydenin G20 sammitində, o cümlədən dəhlizdə, hətta foto çəkilən zaman Putinlə təsadüfi görüşdən belə qaçmaq istədiyini yazıb.

Nəzərə alaq ki, G20 Sammitinin formatı elədir ki, burda bütün liderlərin ünsiyyətdə olması qaçılmazdır.

Üstəlik, tədbirə ev sahibliyi edəcək İndoneziyanın hökumət rəsmiləri də Sammitdə bütün ikitərəfli görüşləri, o cümlədən Rusiya və ABŞ prezidentləri arasında danışıqlar keçirməyə hazır olduqlarını deyiblər.
Təşkilatçı ölkə, həmçinin ciddi təhlükəsizlik tədbirlərinin görüldüyünü qeyd edib.  İndoneziyanın Rusiyadakı səfiri Xose Tavares deyib ki, bu il G20 sammitinə ev sahibliyi edən ölkə olaraq İndoneziya əlbəttə, bütün iştirakçıların, xüsusən də dövlət başçılarının təhlükəsizliyinə zəmanət verir.

Ekspertlər belə bir mötəbər tədbirdə hansısa liderə qarşı sui-qəsdin törədiləcəyinə dair bir planın yox, iddianı belə yersiz və ağılsızlıq hesab edir. Çünki, elə bir hadisənin baş verməsi beynəlxalq aləmdə diplomatik krizis yaradar və hətta müharibəyə səbəb ola bilər. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"iPhone" işlədənlərə pis xəbər

"iPhone" işlədənlərə pis xəbər

Bu ölkənin Baş naziri istefa verdi

Bu ölkənin Baş naziri istefa verdi

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Şakiranın Qətər konserti təxirə düşdü

Şakiranın Qətər konserti təxirə düşdü

Şəhid qardaşların atası vəfat etdi - Foto

Şəhid qardaşların atası vəfat etdi - Foto

End of content

No more pages to load

RADİO