Paşinyanın Soçidən birbaşa Tehran UÇUŞU – İranın YENİ PLANI nədir?

Soçidə Putinlə görüşdən həmən sonra Paşinyan təcili Tehrana uçdu. Erməni Baş nazirin bu səfəri müəyyən reallıqları ortaya tökür.

İlkin anlaşılan budur ki, rəsmi İrəvan sözdə Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bildirsə də əməldə bu fikirdən çox uzaqdır. Lakin, Ermənistan Azərbaycanın davamlı təzyiqləri qarşısında tab gətirə bilmir.

Ona görə də ermənilər hər zaman olduğu kimi yenə özlərinə arxa axtarırlar. Son 200 ildə onlara arxa duran Rusiya artıq əvvəlki gücdə olmadığından və qüdrətlənən Azərbaycana istədiyini diqtə edə bilmədiyindən onlar rus kartına o qədər də güvənmirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Nikol Paşinyan Tehranda İran prezidenti ilə görüşdü - VİDEO


Paşinyanın güvəndiyi Qərb, daha konkret Fransa da ermənilərin başının altına yastıq qoysa da reallıqda heç nə yoxdur. Paris Türk Birliyinin qarşısında acizdir, Makron olmasın, lap mikron olsa belə, bu siyasət incə doğramağa qadir deyil.

Bu vəziyyətdə, ermənilərin son ümidi yeni can və qan qardaşları farslar olaraq qalır.  Ona görə də Soçi görüşündən üzüqara qayıdan Paşinyan təcili Tehrana uçdu. Və ehtimal ki, Paşinyanın Tehrana səfəri də Soçidə Putinlə ikili görüşdə razılaşdırılıb. Çünki, İranla Rusiya regionda rəqabət aparsalar da maraqların üst-üstə düşdüyü müəyyən məsələlərdə vahid mövqedən çıxış edirlər.

Tarixən Cənubi Qafqaz bu iki imperiyanın rəqabət meydanı olub. Hər iki tərəf regionda aparıcı rola malik olmaq istəyib, təsir imkanlarını genişləndirməyə çalışıb.

Bu rəqabət bu gün də davam edir. Lakin, bütün qarşılıqlı çəkişmələrinə rəğmən, hər iki ölkə Cənubi Qafqaza üçüncü gücün gəlməsini istəmir. Və bu məsələdə hər zaman ortaq mövqedən çıxış edirlər. Özlərinin “arxa bağçası” hesab etdikləri Cənubi Qafqazda son vaxtlar Türkiyənin güc kimi möhkəmlənməsini nə İran, nə də ki, Rusiya qəbullana bilmir. Ona görə də bu məsələdə İran və Rusiya hazırda “eyni qapıya oynayırlar”.

Nəzərə alaq ki, son vaxtlar İran açıq şəkildə Ermənistanın himayədarı kimi çıxış edir. Və hətta Ermənistanın maraqlarının zədələnməsini rəsmi Tehran özü üçün qırmızı xətt olduğunu söyləyir.
Olsun ki, Tehrandakı görüşdə Türkiyə-Azərbaycan birliyinə qarşı yeni erməni-fars layihəsi üzərində baş sındırılacaq. Hədəf odur ki, Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsinin qarşısı hər vasitə ilə alınsın. Ən azından bu proses ləngidilsin. Bu hardasa Moskvanın da bəzi maraqlarına uyğundur.

Amma burada daha ciddi bir situatsiyanı unudan tərəflər hələ də anlamaq istəmir ki, indi Türkiyə və Azərbaycanın əli daha güclüdür, onların etdiyi siyasi gedişlərin makrovariantı Bakı və İstanblun istənilən vaxt ata biləcəyi addımdır.

Rusiyanın siyasi sarsıntıları, İranın milli çırpıntıları və Ermənistanın hərbi iniltiləri onların Türkiyə və Azərbaycana olan münasibətləri ilə birbaşa bağlıdır. Bu alyans üçün “Ölüm və ya olum” sualının cavabı türk svilizasiyasına olan münasibətə tam mütanasib olacaq.

Bütün bunlara rəğmən, İrəvan anlamalıdır ki, 44 günlük müharibədən sonra bir gerçəklik var. Üstündən 2 il keçməsinə baxmayaraq regionda son sözü Azərbaycan deyir. Paşinyanın tuta-tuta getdiyi divar bir azdan tamamilə qurtaracaq.
Bu divar istər Moskva, istər Paris, Brüssel, Vaşinqton, hətta Tehran olsa belə. Tehranda isə divarlar daha kövrəkdir...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"iPhone" işlədənlərə pis xəbər

"iPhone" işlədənlərə pis xəbər

Bu ölkənin Baş naziri istefa verdi

Bu ölkənin Baş naziri istefa verdi

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Şakiranın Qətər konserti təxirə düşdü

Şakiranın Qətər konserti təxirə düşdü

Şəhid qardaşların atası vəfat etdi - Foto

Şəhid qardaşların atası vəfat etdi - Foto

End of content

No more pages to load

RADİO