“Azərbaycan və Ermənistan münaqişənin həllində Rusiyanın vasitəçiliyində maraqlı olduqlarını təsdiqləyiblər”.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, vasitəçilik missiyası davam etdiriləcək.
Xatırladaq ki, ötən gün Soçidə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezideni İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Nəticədə birgə bəyanat qəbul edilib.
Bizim.Media