Qarabağda daha 15 erməni hərbçisinini qalıqları tapılıb.
Bizim.Media “Sputnik Armenia”ya istinadla xəbər verir, meyitlərdən 13-nün qalıqları Cəbrayıl istiqamətində aşkar edilib. Biri isə Xocavənd ərazisində tapılıb.
Daha bir erməni hərbçinin meyitini Azərbaycan tərəfi Ermənistana təhvil verib. Onların şəxsiyyətlərini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizası təyin edilib.
Bu gün axtariş işləri Hadrut və Süniki bölgəsində aparılacaq. Ümumilikdə, indiyədək döyüş bölgəsindən 1344 erməni cəsədi tapılıb.
Bizim.Media