Azərbaycan sentyabrın 12-14-də sərhəddə baş verən toqquşmalar zamanı həlak olan 10 erməni hərbçisinin meyitini Ermənistana təhvil verib.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.
Torosyan meyitlərin tibbi ekspertizaya göndəriləcəyini bildirib.
Mənbə yazır ki, proses Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Şuşa şəhəri yaxınlığında baş tutub.
Bizim.Media