“Yaxın iki-üç həftə ərzində mən rəsmən fəaliyyətə başlayacağam və prioritetlərimdən biri yük maşınlarının rahat hərəkəti, sərhəddə və gömrükdə dayanma vaxtının qısaldılması olacaq”.
Bizim.Media “Fars News”a istinadən xəbər verir ki, bunu İranın Qafan şəhərindəki baş konsulu Abedin Vəramin deyib.
O, dünən Şərqi Azərbaycan əyalətinin başçısı ilə görüşdə Ermənistanda mövcud potensial və imkanlara işarə edərək bildirib:
“Baş konsulluğun imkanlarından istifadə etməkdə Şərqi Azərbaycan əyaləti prioritet sayılır. Yaxın bir ay ərzində konsulluğun fəaliyyəti ilə bağlı bölgədəki vilayətlərin başçılarına məlumat verəcəyəm”.
Vəramin habelə iqtisadiyyatı dirçəltmək və mübadilələri artırmaq üçün Şərqi Azərbaycandan olan istehsalçıların iştirakı ilə Qafanda sərgi təşkil etməyi təklif edib.
Bizim.Media