Ermənistanda müqavilə əsasında xidmət edən 44 yaşlı hərbçi kənd anbarında asılmış vəziyyətdə aşkarlanıb.
Bizim.Media “Novosti Armenia”ya istinadən xəbər verir ki, hadisə Ermənistanın Vayots Dzor (Dərələyəz) vilayətində, kəndlərdən birində baş verib.
Yerli sakinlər və ölənin qohumları hərbçinin intihar etdiyini ehtimal edirlər.
Bildirilib ki, faktla bağlı vilayətin polis idarəsi və istintaq komitəsi tərəfindən araşdırma aparılır.
Bizim.Media