“Türkiyənin balanslaşdırılmış siyasəti bütün dünyada bəyənilib”.
Bizim.Media xəbər verir ki, bunu Malatya vilayətində bir sıra obyektlərin açılışında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna-Rusiya müharibəsindən danışarkən bildirib.
Dövlət başçısı qeyd edib ki, Türkiyə xarici ölkələrin ümid bağladıqları böyük qaz qovşağına çevrilir:
“Tənqidlərin arxasınca getsəydik, bu gün avropalılar kimi qarşıdan gələn qışdan necə sağ çıxacağımızı düşünməli olardıq. Lakin Ankara başqa yol seçib və bizim qazla bağlı problemimiz yoxdur”, - deyə Ərdoğan bildirib.
Türkiyə Prezidenti Ankaranı Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyindən daşınmağa çağıran əleyhdarlarını tənqid edib.
Bizim.Media