Azərbaycan hərbçiləri “AKINCI” PUA-larının istismarı kursunu bitirdi - FOTO 

Türkiyə Respublikasının Tekirdağ şəhərində yerləşən Çorlu Təlim Uçuş Mərkəzində Baykar şirkəti tərəfindən təşkil edilmiş “AKINCI silahlı pilotsuz uçuş aparatını idarəetmə kursu”nun növbəti buraxılışına həsr olunan mərasim keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, buraxılış mərasimi Türkiyə Respublikası Baykar müdafiə sənayesi şirkətinin idarə heyətinin sədri Selçuk Bayraktar, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfiri Rəşad Məmmədov, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Türkiyə Respublikasındakı hərbi attaşesi polkovnik Müşfiq Məmmədov və Hərbi Attaşelik Apparatının əməkdaşlarının iştirakı ilə keçirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyənin “Kızılelma” pilotsuz təyyarəsi ilk dəfə ictimaiyyətə təqdim ediləcək


Kursun məzunlarına öz səmimi arzularını çatdıran Selçuk Bayraktar gənclərin texnologiya və innovasiya istiqamətində özlərini inkişaf etdirməsinin əhəmiyyətindən danışıb.

Səfir Rəşad Məmmədov isə artıq bütün dünyada türk dünyasının səmalarının müdafiəçisi kimi tanınan Bayraktar Silahlı pilotsuz uçuş aparatının 2-ci Qarabağ savaşındakı danılmaz rolundan bəhs edib.
Həmçinin bildirilib ki, tədbirdə iştirak edən Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı fövqaladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Baykar Müdafiə Sənayesi şirkətinin istehsalı olan AKINCI Silahlı Pilotsuz Uçuş Aparatının istismarı kursunu müxtəlif ixtisaslar üzrə müvəffəqiyyətlə bitirən hərbi qulluqçularımızı təbrik edərək, onlara Azərbaycan Respublikasının müdafiəsi naminə gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb. 
Tədbirin sonunda kursu müvəffəqiyyətlə bitirən Türkiyə, Azərbaycan və Pakistan Respublikalarını təmsil edən məzunlara sertifikatlar təqdim edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ölkədə taksi qiymətləri ucuzlaşır

Bu ölkədə taksi qiymətləri ucuzlaşır

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

"iPhone" işlədənlərə pis xəbər

"iPhone" işlədənlərə pis xəbər

Bu ölkənin Baş naziri istefa verdi

Bu ölkənin Baş naziri istefa verdi

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

End of content

No more pages to load

RADİO