Bizim.Media-nın “Orer.am” saytına istinadənməlumat verir ki, Ermənistanın keçmiş xarici işlər naziri Zohrab Mnatsakanyan yaxın günlərdə Rusiyaya səfir göndəriləcək.
Bundan əlavə, keçmiş müdafiə naziri David Tonoyanın da Ermənistanın Avstriyadakı fəxri konsulu təyin ediləcəyi gözlənilir.
Yerli mətbuatda Paşinyanın ermənilərin gözündən düşən silahdaşlarını yenidən yüksə vəzifələrə təyin etməsi Ermənistanda hökümətə qarşı aqressiyanın daha da artacağı bildirilir:
“Görünən budur ki, Ermənistan hakimiyyəti insanları vəzifələrə yeni prinsiplə təyin edir: nə qədər pis kadr olsan, yüksək vəzifələrə təyin olunma şansı da bir o qədər çoxdur”.
İltifat, Bizim.Media