Rusiyanın “Şimal axını” qaz boru kəmərinin zərər görmüş 50 metrlik hissəsinin görüntüləri yayılıb.
Bizim.Media xəbər verir ki, görüntüləri İsveçin “Expressen” qəzeti yayıb.
Fotoların Baltik dənizinin səthindən 80 metr dərinlikdə çəkildiyi bildirilir.
Məlumata görə, sualtı kamera dənizin dibində dərin çatlar qeydə alıb.
Xatırladaq ki, sentyabrın 26-sından bəri “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində 4 sızma halı qeydə alınıb. Sızmaların təsadüfi deyil, məqsədyönlü hərəkətin nəticəsi olduğuna dair əlamətlər olduğunu bildirib.
Bizim.Media