Gənc Tamaşaçılar Teatrının aktrisası Könül Əbilə ağır itki üz verib. Tanınmış aktrisanın anası Səkinə Əbil dünən Türkiyədə dünyasını dəyişib.
Bu barədə Bizim.Media-ya aktrisanın sənət yoldaşı Simuzər Atakişiyeva məlumat verib.
Onun sözlərinə görə, mərhum uzun illərdir ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Bu günlərdə növbəti dəfə Türkiyəyə müalicəsini davam etdirməyə getmişdi.
Aldığı kimyaterapiyadan sonra onun səhhəti pisləşib, təzyiqi normadan aşağı düşdüyü üçün həyatını itirib. Səkinə Əbilin cənazəsi sabah Bakıya gətiriləcək.
Alçina Amilqızı, Bizm.Media