“Bu mövsüm fermerlərə ciddi ziyan dəyə bilər” – Ekspertdən bədbin PROQNOZ - FOTO

Rusiya-Ukrayna münaqişəsi səbəbindən Azərbaycanın əsas xurma ixracı bazarlarından olan Rusiya və Ukraynaya tədarük demək olar ki, dayandırılıb. Hər il Ukraynaya həm Rusiya ərazisindən keçən, həm birbaşa ixrac edilən məhsulun həcmi 40-50 min ton təşkil edildiyi halda, bu il rəqəmlər heç də ürəkaçan deyil.

Yeganə gəlir yeri əkin-biçinlə olan kənd sakinləri həmçinin fermerlər xurmalarını tez bir zamanda digər ölkə bazarlarının birinə çıxarmaq istəyirlər. Əks halda, tonlarla məhsul tullantıya çevrilə bilər.

Bəs bu halda məhsullarımızı alternativ olaraq hansı bazara çıxara bilərik?
 

MÖVZU İLƏ BAĞLI:

Quba almasının Rusiya bazarına çıxışı DAYANDIRILIB – Rayonda məhsul yığımı isə DAVAM EDİR 


İqtisadçı-ekspert Akif Nəsirli mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verib.

Ekspertin sözlərinə görə, indiki şəraitdə xurma üçün alternativ bazar axtarıb tapmaq bizim regionda bir qədər çətindir:

“Bizim Rusiyadan başqa 2 əsas çıxışımız var ki, bunlar Orta Asiya və Avropa ölkələridir. Orta Asiya bazarlarındakı alıcılıq qabiliyyəti təbii ki, Rusiyadakı qədər deyil, bir az aşağıdır. Avropada isə bir qədər yüksək alıcılıq qabiliyyətinə rast gəlmək mümkündür amma bunun da özünəməxsus çətinlikləri var.

Tutaq ki, Avropa bazarlarında xurma Rusiya bazarlarına nisbətdə bir neçə dəfə baha qiymətə satılır. Məsələ burasındadır ki, Avropa bazarına daxil olmaq çox çətindir. Bu bazarların standart tələbləri yüksəkdir həmçinin şərtləri ağırdır.

Ona görə də yerli məhsullarımızın Avropa bazarlarına çıxması üçün öncəliklə onun incəliklərini öyrənməliyik.

Məhsullarımızın o bazara çıxması üçün məhsulun yetişdirilməsindən tutmuş, qablaşdırılması, çeşidlənməsinə, bazar seqmentinə uyğunlaşdırılmasına qədər diqqət edilməli olan məsələlər var. Satışa çıxarılmalı olan məhsulun yetişgənlik bazasından tutmuş, ölçülərinə qədər hamısı dəqiq standartlaşdırılmalıdır”.

A.Nəsirli açıqlamasında bildirib ki, xarici bazarlara çıxmaq üçün öncəliklə fermerlərin nəzəri və praktiki bilgilərə malik olması gərəklidir. Lakin hazırki situasiya ilə bu il xurma və digər məhsulların bazara çıxarılmasında ciddi problemlər yaşanacaq:
“Uyğunluq olmazsa, bazara çıxış etməkdə çətinlik yaranacaq. Bunun üçün də fermerlər maarifləndirilməlidir, bu istiqamətdə praktiki işlər aparılmalıdır. Amma bizim əksər fermerlərimizin də o cür səriştəsi yoxdur ki, araşdırma edib öz məhsullarını çıxarmaq üçün alternativ bazar tapsın.

Hamısı dövlət qurumlardan addım atmağı gözləyir. Xurma da tez xarab olan məhsul olduğu üçün uzağı 1 ay müddətində saxlamaq mümkündür ki, bu da fermer üçün çox problemli haldır. Buna görə də mən Rusiyadan başqa ciddi bir çıxış yolu hələki görmürəm və məhsullar bazara çıxarılmasa ən azı bu mövsümdə fermerlərin ciddi ziyana düşəcəyi gözləniləndir”, - deyən iqtisadçı-ekspert A.Nəsirli dövlət tərəfindən fermerlərə dəstək göstərilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycan 2021-ci ildə 125 milyon 895 min ABŞ dolları dəyərində 174 min 158 ton xurma ixrac edib. Bu, miqdar baxımından 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 124 ton (0,09 %), dəyər baxımından isə 34 milyon 309 min ABŞ dolları (37,4 %) çoxdur.
Bu ilin 8 ayında isə Azərbaycan 29 milyon 669 min ABŞ dolları dəyərində 39 min 075 ton xurma ixrac edib.

Səkinə Yusibli, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rasim Balayev dəfn olundu – VİDEO

Rasim Balayev dəfn olundu – VİDEO

30 mart-5 aprel tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

30 mart-5 aprel tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər SAXLANILDI

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər SAXLANILDI

Mart ayı bitmədən "bağçaya corab atın" çağırışı

Mart ayı bitmədən "bağçaya corab atın" çağırışı

Azərbaycanda şəkər və qənd istehsalı ARTIB

Azərbaycanda şəkər və qənd istehsalı ARTIB

Səhvlərdən doğan milyard dollarlıq ideyalar

Səhvlərdən doğan milyard dollarlıq ideyalar

Tətilin son günü - Sabahdan məktəblərdə dərslər BAŞLAYIR

Tətilin son günü - Sabahdan məktəblərdə dərslər BAŞLAYIR

Ötən gün ölkədə 9 avtomat silahı aşkarlanıb

Ötən gün ölkədə 9 avtomat silahı aşkarlanıb

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq İMZALADI

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq İMZALADI

Baş nazir Rasim Balayevlə vida mərasimində - FOTO/VİDEO

Baş nazir Rasim Balayevlə vida mərasimində - FOTO/VİDEO

"Çox evlənəndə belə olur"

"Çox evlənəndə belə olur"

Daşkəsəndə yolda sürüşmə baş verdi – FOTO/VİDEO

Daşkəsəndə yolda sürüşmə baş verdi – FOTO/VİDEO

“Rasim Balayev dərdini gizlətdi və son nəfəsinə qədər güclü qaldı" - Hacı İsmayılov

“Rasim Balayev dərdini gizlətdi və son nəfəsinə qədər güclü qaldı" - Hacı İsmayılov

Şəhid Adəm Heydərovun doğum günündə xatirəsi ehtiramla yad edildi – FOTO

Şəhid Adəm Heydərovun doğum günündə xatirəsi ehtiramla yad edildi – FOTO

“Babək" filminin “Buğday”ı: “Rasim Balayevə çox şey borcluyam"

“Babək" filminin “Buğday”ı: “Rasim Balayevə çox şey borcluyam"

Güclü yağışdan sonra Bakı küçələri yuyuldu – FOTO

Güclü yağışdan sonra Bakı küçələri yuyuldu – FOTO

Apreldə varlanacaq 3 bürc – pul axını başlayır

Apreldə varlanacaq 3 bürc – pul axını başlayır

Ağcabədidə ƏMƏLİYYAT: İran vətəndaşı saxlanıldı – FOTO/VİDEO

Ağcabədidə ƏMƏLİYYAT: İran vətəndaşı saxlanıldı – FOTO/VİDEO

"Rasim Balayevi zaman keçdikcə daha dərindən tanıyırıq" - Rafiq Əzimov

"Rasim Balayevi zaman keçdikcə daha dərindən tanıyırıq" - Rafiq Əzimov

Nərimanovda avtomobillərdən oğurluğun ANBAAN GÖRÜNTÜLƏRİ

Nərimanovda avtomobillərdən oğurluğun ANBAAN GÖRÜNTÜLƏRİ

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstək göstərəcək

Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstək göstərəcək

İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndərdilər

İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndərdilər

İrandan Azərbaycana 51 kq-dan artıq narkotik keçirmək istədilər – FOTO

İrandan Azərbaycana 51 kq-dan artıq narkotik keçirmək istədilər – FOTO

End of content

No more pages to load

RADİO