Xəbər verdiyimiz kimi, Rusiyanın Krasnodar vilayətinin Yeysk şəhərində “Su-34” tipli hərbi təyyarənin yaşayış binasına çırpılması nəticəsində 13 nəfər həlak olub, 19 nəfər isə yaralanıb.
Bizim.Media "TASS"a istinadən xəbər verir ki, Rusiyanın İstintaq Komitəsi qəzanın ilkin səbəbini açıqlayıb.
"Yaranan texniki nasazlıq nəticəsində təyyarə binaya çırpılıb. Faktla bağlı cinayət işi başladılıb. Hazırda pilotların dindirilməsi davam etdirilir”, - deyə məlumatda qeyd olunub.
Bizim.Media