“Cənubi Qafqaz regionu ətrafında baş verən proseslər heç də diplomatiya hesab edilmir. Bu, fövqəldövlətlər arasında real qarşıdurmadır”.
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu fikirləri oktyabrın 17-də “Ermənistan” müxalifət fraksiyasının üzvü, deputat Elinar Vardanyan səsləndirib.
Onun sözlərinə görə, qarşıdurmanın bütün fəallığına baxmayaraq, Azərbaycan bu proseslərdən kənarda qalır, Ermənistan isə episentrdədir:
“Bu vəziyyət bizim üçün pis nəticələr verə bilər”.
O vurğulayıb ki, hazırda “Ermənistan ətrafında, daha doğrusu Ermənistanla bağlı” danışıqlar gedir və bu danışıqlarda bəzən rəsmi İrəvan iştirak etmir:
“Bu proseslər nəticəsində vaxtaşırı ortaya çıxan ehtiyatlı nikbinlik yeni təhdidlər və Ermənistandan yeni güzəşt tələbləri ilə əvəzlənir”.
Bizim.Media