Xəbər verdiyimiz kimi, aparıcı və aktyor Sərxan Kərəmoğlu ilə müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı, iş adamı Fazil Əmiraslanov arasında qalmaqal yaşanıb.
Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında iki gün əvvəl müğənnin həyat yoldaşının ona “Whatsapp” vasitəsi ilə göndərdiyi hədə-qorxu, təhqir və qeyri-etik dolu səs yazılarını paylaşıb.
F.Əmiraslanov səs yazılarında tezliklə Sərxanla Moskvada görüşəcəyini və onunla çox sərt şəkildə aralarında yaşanan məsələni həll edəcəyini dilə gətirib.
Şərə düşdüyünü bildirən Sərxan Kərəmoğlu baş verən hadisənin təfərrüatlarını açıqlamayıb.
Qeyd edək ki, S.Kərəmoğlu məsələ ilə bağlı həm Azərbaycanda, həm də Rusiyada hüquq mühafizə orqanlarına müraciətinin görüntülərini yayımlayıb.
Rəşad Əliyev, Bizim.Media