“Ermənistan sərhəddə üç keçid məntəqəsinin açılması ilə bağlı Azərbaycandan cavab gözləyir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan Tvitter hesabında yazıb.
“Ermənistan hökumətinin Azərbaycanla (Şərqi Zəngəzuru nəzərdə tutur) Naxçıvan arasında əlaqəni təmin etmək üçün Ermənistan-Azərbaycan sərhədində 3 buraxılış məntəqəsinin açılması ilə bağlı qərar layihəsi artıq bir neçə aydır ki, rəsmən yayılıb. Ermənistan hökuməti Azərbaycandan müsbət reaksiya gözləyir”, - deyə o, qeyd edib.
Bizim.Media