İran “Güclü İran” şüarı altında Azərbaycanla sərhəddə təlimlərə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı yayıb.
Onun sözlərinə görə, məqsəd qoşunların hərbi gücünü artırmaqdır:
“Bu təlimlərin qonşu ölkələr üçün mesajı sülh, dostluq və sabit təhlükəsizliyin möhkəmləndirilməsidir. İranın düşmənləri isə bilməlidirlər ki, SEPAH ölkə sərhədlərini müdafiə etməyə və istənilən hücuma qətiyyətlə müqavimət göstərməyə hazırdır”.
Bizim.Media