Xalq artistləri Eyyub Yaqubov ilə Tünzalə Ağayeva el şənliklərin birində bir araya gəliblər.
Bizim.Media xəbər verir ki, Eyyubun ifasında cuşa gələr Tünzalə səhnədə qol qaldırıb, rəqs edib.
Ağayevanın rəqsini görən Yaqubov onu qucaqlayaraq, ifasını davam etdirib.
Daha sonra ikili toyda o ki var rəqs ediblər. Həmin anları isə Tünzalə Ağayeva sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Rəşad Əliyev, Bizim.Media