Ötən gecə İranın Tehran şəhərində "Evin" həbsxanasında baş verən yanğın nəticəsində 4 məhbus ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə İranın Məhkəmə Sisteminin informasiya xidməti məlumat yayıb.
Həbsxanada yanğın nəticəsində 61 nəfər yaralanıb. Hazırda onlardan 10-u xəstəxanada müalicə alır və 4 nəfərin vəziyyəti ağırdır.
Qeyd edək ki, ötən gecə Tehranın "Evin" həbsxanasında üsyan baş verib. Məhbuslar həbsxanadakı dərzilik sexini yandırıblar.
Bizim.Media