Tehranın Evin həbsxanasında məhbuslar arasında üsyan çıxıb.
Bizim.Media xəbər verir ki, yayılan məlumata əsasən, hökumət həbsxanaya hərbi qüvvə göndərib, atışma səsləri eşidilib, narazı məhbuslar "ölüm olsun diktatora" şüarı səsləndiriblər.
İSNA-nın verdiyi məlumata görə, məhbuslar həbsxananın geyim anbarında yanğın törədib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.
Bildirilib ki, hazırda həbsxananın ərazisində yanğın lokallaşdırılıb. Məhbuslar arasındakı münaqişə nəzarət altına alınıb.
Bizim.Media