Rusiyanın Belqorod vilayətində neft bazasındakı yanğın sındürülüb.
Bizim.Media “ria novosti”yə istinadən xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb.
Qubernator bildirib ki, hal-hazırda yanğının fəsadlarının aradan qaldırılması üzrə işlər görülür.
17.12***
Rusiyanın Belqorod vilayətində neft bazasında yanğın başlayıb.
Bizim.Media “ria novosti”yə istinadən xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov “Telegram” kanalında paylaşım edib.
Vyaçeslav Qladkov bildirib ki, neft bazasında yanğın Ukrayna Silahlı Qüvvələrinin ərazini atəşə tutmasından sonra başlayıb. Mərmilərdən biri neft bazasına düşüb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin briqadaları yanğını söndürməyə çalışır.
Neft bazasında 10 anbar var, mərmi dizel yanacağının olduğu anbarlardan birinə düşüb. Qubernator həmçinin yanğının digər ərazilərə yayılma təhlükəsinin olmadığını da qeyd edib.
Bizim.Media