Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarına Bartindəki partlayışla bağlı verdiyi başsağlığına görə təşəkkür edib.
Bizim.Media xəbər verir ki, bu barədə nazir “Twitter“ hesabında paylaşım edib.
“Ceyhun qardaşım, başsağlığına görə təşəkkür edirəm. Can Azərbaycanın bu çətin günlərdə dəstəyi çox qiymətlidir", - deyə Çavuşoğlu qeyd edib.
Bizim.Media
