AYAN: "Qisasım bu cür insanları həyatımdan blok etməkdi" – VİDEO 

“Anamın yaxşı sözü var - Allaha özünü kabab yeyən kimi tanıt ki, sənə onun ruzusunu versin. Hər gün səhər yuxudan oyananda, aynanın önünə keçib, deyirəm ki, sən çox gözəlsən, uğurlu qadınsan, güclü, sağlam, şanslı, çox varlı qadınsan. Bundan sonra da daha da varlı və xoşbəxt olacaqsan”.  

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva “MTV maqazin” verilişinə müsahibəsində deyib.  

Sənətçi problemli dostlardan uzaq gəzdiyini bildirib: 

“Bahalı həyat yaşamaq üçün birinci ağıllı olmaq lazımdır. Heç kim səndən və hisslərindən istifadə etməməlidir. Sən əgər bu gün məntiqsiz və yalnız duyğularınla hərəkət edən insansansa, fərqi yoxdur kişi və ya qadın, sən batacaqsan, məhv olacaqsan. Mənim əgər bu gün yaxşı dostlarım, çevrəm varsa, yaxşı tərəfdən bəhrəsi olmalıdır. Yoxsa ancaq dostumun problemim varsa və məni öz problemi ilə özü ilə birlikdə bataqlığa çəkirsə, onu nə qədər çox istəsəm də, ondan uzaq düşəcəyəm. Deyəcəyəm ki, məni bağışla, amma mən özümü hamıdan çox istəyirəm. Sağ ol, sənə öz bataqlığında uğurlar”.  

Ayan münasibətlərdə özünü qurban vermədiyini də açıqlayıb: 

“Mən sevən şəxs axtarışında deyiləm. “Məni hər kəs sevməlidir”in də axtarışında deyiləm. Önəmli olan dəyər verdiyim insanın mənə dəyər verməsidir. Dəyərli, sevdiyim, doğma insan əgər görsəm ki, hisslərimdən sui-istifadə edir, dərhal o insandan uzaqlaşacağam. Heç kimə özümə qurban verməmişəm.

Bundan sonra da elə bir niyyətim yoxdur. Ayan məni sevir, məndən ayrılmayacaq, səbr edəcək deyə, bir şey yoxdur. Ayan ümümiyyətlə belə qadın deyil. Mənim bir qisasım var, bu cür insanları həyatımdan blok etmək, uzaqlaşdırmaq və bir daha yaxınlaşdırmamaq”. 
O, həmçinin heç kimə ikinci şans vermədiyini söyləyib.  

“Mən bir şəxslə dostluğumu bitirirəmsə və ya həyatımdakı bir insanla münasibətimi bitirirəmsə, ikinci dəfə onu həyatıma gətirmirəm. Bu, ən böyük səhvim olar. Çünki bir dəfə bağışlamışamsa, ikinci dəfə bunu etmək lazım deyil. Əgər kimsə bir səhvi növbəti dəfə təkrarlayırsa, o axmaqdır. Bir insan sənə zərər vurur, səndən uzaqlaşır, sənin həyatını, psixologiyanı, duyğularını, hisslərini məhv edirsə, sən o şəxsi ikinci dəfə həyatına necə gətirə bilərsən? Bu insan səni məhv edib getdi”.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ hərbçiləri tarixinin ən cəsarətli əməliyyatlarından birini necə həyata keçirib?

ABŞ hərbçiləri tarixinin ən cəsarətli əməliyyatlarından birini necə həyata keçirib?

Kanadada NHL oyunu zamanı qadın arenada uşaq dünyaya gətirdi

Kanadada NHL oyunu zamanı qadın arenada uşaq dünyaya gətirdi

Netanyahu Trampı amerikalı pilotun xilas edilməsi münasibətilə təbrik etdi

Netanyahu Trampı amerikalı pilotun xilas edilməsi münasibətilə təbrik etdi

Hərbi Prokurorluğun qarşısında maşın yandı - FOTO/VİDEO

Hərbi Prokurorluğun qarşısında maşın yandı - FOTO/VİDEO

19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü

19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü

DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Qusar rayonunda son iki gündə yağan güclü yağışların vurduğu ziyan - VİDEO

Qusar rayonunda son iki gündə yağan güclü yağışların vurduğu ziyan - VİDEO

Tramp İrana qarşı ultimatumun vaxtını DƏYİŞDİ: Çərşənbə axşamı, saat 20:00-a qədər...

Tramp İrana qarşı ultimatumun vaxtını DƏYİŞDİ: Çərşənbə axşamı, saat 20:00-a qədər...

Tehran Hörmüz boğazı ilə bağlı şərtini açıqladı

Tehran Hörmüz boğazı ilə bağlı şərtini açıqladı

Kafedra müdiri qəfil vəfat etdi - FOTO

Kafedra müdiri qəfil vəfat etdi - FOTO

Tramp: “Əvvəlcə ehtiyat etdik ki, F-15 pilotundan gələn siqnal pusqudur”

Tramp: “Əvvəlcə ehtiyat etdik ki, F-15 pilotundan gələn siqnal pusqudur”

Dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

Dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

Dəməşqdə Türkiyə, Ukrayna və Suriya XİN başçılarının üçtərəfli görüşü keçirilib

Dəməşqdə Türkiyə, Ukrayna və Suriya XİN başçılarının üçtərəfli görüşü keçirilib

Sabahkı hava onlarda narahatçılıq yaradacaq

Sabahkı hava onlarda narahatçılıq yaradacaq

Keşlədə kollektorda qəzaya səbəb olan ev sökülür - VİDEO

Keşlədə kollektorda qəzaya səbəb olan ev sökülür - VİDEO

Lavrov Əraqçiyə ZƏNG ETDİ

Lavrov Əraqçiyə ZƏNG ETDİ

Yevlaxda 16 yaşlı gənci “tok” vurdu

Yevlaxda 16 yaşlı gənci “tok” vurdu

Dağıstanda daşqınlar: Yaşayış binası uçdu

Dağıstanda daşqınlar: Yaşayış binası uçdu

"Neftçi" "Sumqayıt"ı məğlub etdi - FOTO/VİDEO

"Neftçi" "Sumqayıt"ı məğlub etdi - FOTO/VİDEO

FHN əhaliyə müraciət etdi

FHN əhaliyə müraciət etdi

Hakan Fidan Suriyada əş-Şaraa və Zelenski ilə görüşdü

Hakan Fidan Suriyada əş-Şaraa və Zelenski ilə görüşdü

Tramp etiraf etdi: “İrandakı müxaliflərə silah göndərdik, amma kürdlər özlərinə götürdü”

Tramp etiraf etdi: “İrandakı müxaliflərə silah göndərdik, amma kürdlər özlərinə götürdü”

Ukrayna bu əraziləri AZAD ETDİ

Ukrayna bu əraziləri AZAD ETDİ

Əfqan Sadıqov Azərbaycana deportasiya edildi

Əfqan Sadıqov Azərbaycana deportasiya edildi

End of content

No more pages to load

RADİO